“İnter” “Yuventus”u məğlub edərək İtaliya kubokunun qalibi olub

0
143

İtaliya Kubokunun qalibini müəyyən etmək üçün oynanılan əlavə vaxtda Yuventus-u 4-2 hesabı ilə məğlub edən “İnter”in liqa və kubok dublu şansı davam edir.

Xorvatiyalı hücumçu İvan Perişiçin əlavə vaxtda dublu ilə “Yuventus”u 4:2 hesabı ilə məğlub edən “İnter”, İtaliya kubokunun qalibi olub.

Çərşənbə günü oynanılan finalın,dramatik sonu Massimiliano Alleqrinin komandasının mövsümü kuboksuz başa vurmasını təmin edib.

Bu müddət ərzində Serie A titulunu qoruyub saxlamaq üçün hələ də mübarizə aparan “İnter”, Romadakı Olimpiya Stadionunda oyunun başlamasından altı dəqiqə sonra Nicolo Barellanın yuxarı küncdən vurduğu heyrətamiz zərbə ilə hesabda önə keçdi.

Yuventus, müdafiəçi Aleks Sandronun  fasilədən beş dəqiqə sonra vurduğu qolla hesabı bərabərləşdirdi.

Vlahoviç iki dəqiqə sonra səhnəyə çıxdı və hesabı 2-1ə gətirdi. “Yuve”nin oyunçuları arasında bayram sevinci hakim olsa da bu çox çəkmədi,Hakan Çalhanoğlunun ustalıqla yerinə yetirdiyi penalti zərbəsi matçı əlavə vaxta apardı.

Perişiçin yerinə yetirdiyi penalti İnteri bir daha önə keçirdi. 102-ci dəqiqədə özünün ikinci komandasınln 4-cü qolunu vuran Perişiç İnteri qələbəyə daşıdı.

İnter 2011-ci ildən bəri ilk dəfə İtaliya Kubokunda qalib gəlməyi bacardı.

Qərara etiraz etdiyi üçün tribunalara göndərilən Alleqri 2011-ci ildən bəri bir mövsümü heç bir kubok qazanmadan başa vuran ilk Yuventus meneceri olacaq, “Yuventus” Serie A-da dördüncü yerdə qərarlaşır və titul uğrunda mübarizəni dayandırıb.

 

TEREFSİZ.AZ