İnternatda oxuyan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı artıb

0
205

İnternat müəssisələrində təlim-tərbiyə alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı artıb.

Terefsiz.az -ın məlumatına görə, 2001-ci ildə internat müəssisələrində təlim-tərbiyə alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı hazırdakından 3 dəfəyə yaxın çox – 2484 nəfər olub.

Həmin dövrlə müqayisədə belə uşaqların sayı azalsa da, son 3 il ərzində onların ümumi sayında yenidən artıma doğru tendensiya müşahidə edilir.

2016-cı ildə internat müəssisələrində təlim-tərbiyə alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı 602, 2017-ci ildə 737 olduğu halda, 2018-ci ildə bu say 862 olub.

Ötənilki məlumatlara əsasən, internat müəssisələrində təlim-tərbiyə alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların 704-ü ümumtəhsil internat məktəblərində təlim-tərbiyə alır. Onların da 504-ü valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olan uşaqlar üçün internat məktəblərində oxuyur.

İstinad: Trend.az