“LTE şəbəkələrini dəstəkləyən ən əlverişli “iPhone 12” alıcıya 549 dollara başa gələcək”.
“REN TV”nin məlumatına görə, bu sözləri “Wedbush” bank-investisiya şirkətinin analitiki Daniel Ayvs deyib.
Sözügedən qiymət 64 GB yaddaşa malik telefonlarda olacaq. “iPhone”un yeni modelləri “Apple A14 Bionic” prosessoru və OLED displeylə təchiz olunacaq. Bundan əlavə telefon 5G-ni dəstəkləyəcək.
“iPhone 12” və “iPhone 12 Max” iki modullu kameralarla təchiz olunacaq, daha bahalı modellər isə üç modullu olacaq.