İran 2020-ci il büdcəsində neft qiymətlərinə dair gözləntiləri azaldıb.

0
201

İranın 2020-ci il üçün yeni büdcəsi neftin qiymətinin bir barrel üçün 50 dollar olacağına dair hesablamasından hazırlanıb.

Terefsiz.az xəbər verir ki, bu barədə Büdcə Planlaşdırma Təşkilatının rəhbəri Məhəmməd Baker Nobəxt deyib.

Təşkilat rəhbəri bildirib ki, İran gələn il gündəlik 1 milyon barrel ixrac edəcək. Baker Nobəxt əlavə edib ki, büdcə qoyulmuş “bir barrelin qiyməti 50 ABŞ dollar təşkil edir”:

“Bu, keçən ilki büdcədə olandan 5 dollar azdır”.