İran hüquq-mühafizə orqanları etirazçılara birbaşa atəş açdı

0
90

Sosial mediada İranın hökumət qüvvələrinin etirazçı xalqa birbaşa atəş açmasını göstərən video yayılıb.

“Azad İran” teleqram kanalı məlumat verir ki, dinc şəkildə keçirilən əzadarlıq və Metropol faciəsi qurbanlarının ailələrinə dəstək aksiyası polis və xüsusi təyinatlı qüvvələrinin xalqa hücumu ilə nəticələnib.

Xalq etirazları qarşısında dayana bilməyən əmniyət qüvvələri əvvəlki etirazlarda olduğu kimi yenə də çıxış yolunu narazı əhaliyə qarşı gözyaşardıcı qaz və silahdan istifadə etməkdə görüb.

Həmin gecə bir neçə nəfərin əmniyət qüvvələri tərəfindən yaralandığı və həbs edildiyi bildirilir.

TEREFSİZ.AZ