İran millisinin üzvü Azərbaycan klubunda

0
224

İranın “Persepolis” klubundan ayrılan Mehdi Şərifi karyerasını Azərbaycanda davam etdirə bilər.

Terefsiz.az saytı xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi “Sumqayıt”ın düşərgəsinə hazırlığa qatılıb. Onun keçidi yaxın günlərdə reallaşa bilər.

Qeyd edək ki, 1992-ci ildə İsfəhanda dünyaya gələn Mehdi Şərifi peşəkar karyerasına “Sepahan”da (Novin) başlayıb (2010-2011). 2012-ci ildə İsfəhan “Sepahan”ına transfer olunan futbolçu 2018-ci ilədək bu kluba məxsus olub. O, 2016-2018-ci illərədə icarə əsasında Təbrizin “Traktor” klubunda çıxış edib. Son olaraq isə “Persepolis”in formasını geyinib.

Mehdi Şərifi İranın U-20 və U-23 yığmalarında çıxış edib, 2014-cü ildən dəvət aldığı A millidə 4 oyun keçirib.

26 yaşlı futbolçu həm “Sepahan”la, həm ə “Persepolis”lə İran çempionluğunu və kubokunu, sonuncu ilə həmçinin ölkə Super Kubokunu qazanıb. 

Terefsiz.az