Yanvarın 28-də yerli vaxtla saat 23:30-da İranın İsfahan şəhərində Müdafiə Nazirliyinə məxsus zavoda dron hücumu olub.
“Terefsiz.az” xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə Nazirliyinin iddiasına görə, dronlardan biri hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib, digəri isə HHM-in “tələsinə” düşərək partlayıb.
Qurum itkilərin olmadığı və zavoda “əhəmiyyətsiz” ziyanın dəydiyini desə də, sosial şəbəkələrdə zavodda baş verən partlayışın miqyasının böyük olduğu məlum olub.