İran prezidentinin qardaşı barəsində həbs qərarı

0
284

İran prezidentinin qardaşı barəsində həbs qərarı

Terefsiz.az saytı xəbər verir ki, İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Fereydun həbs cəzasına məhkum edilib.

Bu barədə ISNA agentliyi məlumat yayıb.

Bildirilir ki, H. Fereydun 2017-cin ilin iyul ayında saxlanılıb. O və digər şəxslər haqqında bir sıra məsələlərlə bağlı istintaq tədbirləri həyata keçirilir.

İran dövlət qulluqçuları məhkəmə departamentinin rəhbəri Həmid Reza Hüseynibildirib ki, H. Fereydun bəzi ittihamlar üzrə bəraət alsa da, digər ittihamlar üzrə həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, H. Fereydun 2015-ci ildə İranın nüvə proqramı üzrə danışıqlarda ölkənin xüsusi elçisi qismində iştirak edib.

Terefsiz.az