Beynəlxalq Futbol Federasiyası rəsmi Tehrandan 2020-ci ildə Kamboca ilə İran milli yığmaları arasında keçiriləcək futbol oyununu qadınların da izləməsi ilə bağlı təminat alıb.
“Sports Illustrated” FİFA rəhbəri Canni İnfantinoya istinadən məlumat verib ki, qərar FİFA nümayəndə heyətinin Tehrana səfərindən sonra verilib.
Kamboca-İran oyunu oktyabrın 10-da 78 min nəfərlik “Azadi” stadionunda keçiriləcək.
Terefsiz.az saytı xəbər verir ki, yerli qanunlara görə, son 40 ildə qadınlar İranda kişilərin futbol komandalarının oyununu izləmək hüququndan mərhum idilər.
Xatırladaq ki, bundan əvvəl iranlı azarkeş Səhər Xudayarinin intihar etməsi faktı bütün dünyanı sarsıtmışdı. Qız fanatı olduğu “Esteqlal” komandasının oyununu izləməyə getdiyi üçün həbsə düşəcəyini biləndə özünü öldürmək qərarına gəlmişdi.
Terefsiz.az