Avropalı tərəfdaşlar Hərtərəfli Birgə Fəaliyyət Planını qoruyub saxlamaq istəyir.
Terefsiz.az saytı xəbər verir ki, bunu jurnalistlərə İran XİN rəhbəri Məhəmməd Cavad Zərif deyib.
Nazirin sözlərinə görə, avropalılar HBFP-nı qoruyub saxlamaq istəyir, lakin təhlükəsizliyə investisiya yatırmağa hazır deyillər.
“Nəticədə onlar Birləşmiş Ştatlara öz gündəliyini tətbiq etməyə imkan verirlər. Bunun avropalıların maraqlarına cavab verib-vermədiyini bilmirəm”, – deyə, Zərif vurğulayıb.
İstinad: RİA NOVOSTİ
Terefsiz.az