İranda bir neçə xarici diplomat casusluqda şübhəli bilinərək İslam İnqilabı Keşikçiləri Korpusu (İran Silahlı Qüvvələrinin elit bölmələri – “SEPAH”) tərəfindən saxlanılıb.
“Terefsiz.az” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Saxlanılan şəxslər arasında Britaniyanın İrandakı diplomatik nümayəndəliyinin rəhbərinin müavini də var.
Diplomatların həbsdə olub-olmaması məlum deyil.
terefsiz.az