İranın saxladığı İraq tankerı qaçaqmal yanacağı ilə dolu olub

0
157

Fars körfəzində İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) tərəfindən saxlanılan tankerin İraqa məxsus olduğu bilindi.

Terefsiz.az saytı xəbər verir ki, İİKK tankerin Farsi adası yaxınlığında saxlanıldığını bildirir.

Daha əvvəl İranın Fars körfəzində xarici ölkə gəmisini saxladığı barədə məlumat verilib.

Qeyd olunur ki, gəmidə, ərəb ölkələri üçün nəzərdə tutulmuş 700 min litr qaçaqmal yanacağı olub.

Terefsiz.az