İraqda baş vermiş iğtişaşlar zamanı 20-dən çox adam həlak olub

0
171

Oktyabrın 25-də İraqın paytaxtı Bağdad şəhərində və ölkənin digər əyalətlərində baş verən iğtişaşlarda ən az 21 nəfər həlak olub.

Terefsiz.az xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.

Polislə etirazçılar arasında baş verən qarşıdurmalarda 1179 nəfər yaralanıb və onlardan bir çoxunun vəziyyəti ağırdır.

Qeyd olunub ki, bir sıra əyalətlərdə etirazçılar yerli idarələrin binalarına hücum edərək onları yandırır və yararsız hala salırlar.