İşdən qovduqlarına peşman oldular – Şirkətin iki milyonunu ələ keçirdi

0
181

Fransalı sahibkar, rəqəmsal texnologiyalar şirkətlərindən birinin qurucusu işdən qovulmasına etiraz olaraq şirkətin 1,1 milyon avro (2 milyon 90 min manat) pulunu mənimsəyib.

Məlumatı “Le Parisien” nəşri yayımlayıb.

Fransa sərhədlərindən kənarda yaşayan şəxs, şirkətin 182 bitcoinini oğurlayıb ki, bu da 1,1 milyon avro (2 milyon 90 min manat) edir.

Bu, Fransa tarixində üçüncü ən böyük kriptovalyuta oğurluğudur.

Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti törədən şəxsi saxlayıblar.

istinad:oxu.az