İŞİD silahlıları Malidə 30 dinc sakini qətlə yetiriblər

0
65

İŞİD terrorçuları Malinin Burkina-Faso və Nigerlə həmsərhəd olan şəhərinə hücum edərək, 30-a yaxın dinc sakini öldürüblər.

Bu barədə “Terefsiz.az” “Reuters”ə istinadən xəbər verir.

Qeyd edilir ki, Talatae şəhəri yaxınlığındakı Qao rayonunda bir neçə yüz yaraqlı əsgərlərə hücum edib və onları geri çəkilməyə məcbur edib.

Terroristlər yerli sakinlərə hücum etməklə yanaşı, dükanları qarət edib və ərzaq ləvazimatlarını yandırıblar. Məlumara görə, atışma zamanı terrorçulardan 3-ü məhv edilib.

Əraziyə xüsusi hərbi qüvvələr cəlb edilib. Onlar şəhərdə həyata keçirilmiş qətliamı, eləcə də iki gün yeməksiz dolaşan yüzlərlə qadın və uşağı aşkarlayıblar.

terefsiz.az