İslam dini müsəlmanlara intim əlaqə zamanı bunları qadağan edir

0
742

İslam dini müsəlmanlara intim əlaqə zamanı bunları qadağan edir

İslam dini seksdə aşağıdakılara qadağa qoyur:
Nigahdankənar seksual münasibətlər (zina), menstruasiya (aybaşı) zamanı, anal seks, insest (yaxın qohumlar ilə cinsi əlaqə), homoseksual əlaqələr (kişi və kişi arasında olan cinsi əlaqə və ya lezbiyanlıq, 2 qadın arasında olan cinsi əlaqə), nekrofiliya, zoofiliya, pedofiliya və sado-mazoxizm.
Qadağası və icazəsi sual altında olanlar: masturbasiya (onanizm) və eləcə də qadın hamiləliyi dövründə cinsi münasibətlər.
İslam dini ər və arvad arasında müəyyən hədlər çərçivəsində istənilən seksual əlaqəyə icazə verir. Qeyd ediliir ki, Məkkədən Mədinə şəhərinə köç etmiş kişilər burada yerli qadınlarla nigaha daxil olurlar. Məkkə kişiləri cinsi əlaqə zamanı müxtəlif pozalardan istifadə etməyi xoşlayırmışlar. Bu yeniliklər onların arvadlarını razı salmır və onlar qorxurlar ki, bu cür pozalar nəticəsində doğula biləcək uşaqlar çəpgöz ola bilərlər. Bu barədə məlumat Peyğəmbərimizə (s.ə.s.) gəlib çatır. Bu zaman Allah tərəfindən müqəddəs kitabın növbəti ayəsi (Əl-Bəqərə,223) nazil olur:
(Ey mö’minlər!) Qadınlarınız sizin (övlad əkdiyiniz) tarlanızdır.
İstədiyiniz vaxtda öz tarlanıza gəlin! Özünüz üçün qabaqcadan (yaxşı əməllər) hazırlayın! Allahdan qorxun və (qiyamət günü) Onun hüzuruna gedəcəyinizi bilin! (Ya Rəsulum!) İman gətirənlərə (Cənnətlə) müjdə ver!
Bununla da Peyğəmbər (s.a.s.) qadınlara cinsi əlaqə zamanı müxtəlif pozalardan istifadəyə icazə verildiyini bildirir.

İntim münasibətlər barədə kənar şəxslərə danışmağa icazə verilmir.

İstənilən intim münasibətin, hətta bu münasibətlər qanuni ər və arvad arasında olsa belə, üçüncü şəxsə danışılmasına,göstərilməsinə və ya onun gözünün qarşısında edilməsinə qətiyyən icazə verilmir.
Bir çox ərəb ölkələrində nigahın ilk gecəsi ilə bağlı olduqca səhv adət formalaşıb. Belə ki, gəlinin bakirəliyini sübut etmək məqsədilə ilk cinsi əlaqə zamanı xüsusi dəsmaldan istifadə olunur.Dəsmalın üzərinə düşən qan ləkəsi gəlinin bakirə olduğunu (nigahdan əvvəl) sübut edir və yaXın qohumlara nümayiş etdirilir ki, bu da şəriətə zidd adətdir.
Bu barədə müqəddəs kitabımız olan Quranın bir neçə ayəsində məlumat var. Ən parlaq nümunə isə aşağıdakı hədisdir. Bu hədis Əbu Hureyra tərəfindən deyilib:
«Bir gün dua zamanı Allahın Rəsulu (s.ə.s.) bizə çevrilib dedi: „Aranızda elə birisi varmı ki, evə gəlir, qapını bağlayır, pərdələri çəkir və sonra evdən çıxarkən deyir – Mən arvadımla belə etdim? Bu zaman heç kim dinmədi.
Sonra Peyğəmbər (s.ə.s.) üzünü qadınlara tutdu və eyni sualı təkrarladı. Bu zaman bir gənc qadın ayağa qalxaraq söylədi: “Allahıma and olsun, kişilər bu barədə bir-birilərilə danışırlar və biz qadınlar da eynən”.
Peyğəmbərimiz (s.ə.s.) bu zaman belə buyurdu: „Bilirsinizmi, bu cür edənlər kimə bənzəyirlər? Bunu edənlər yolun ortasında görüşən və insanların gözü qarşısında öz ehtiyaclarını ödəyən iblis-kişi və iblis-qadına bənzəyirlər”.
Digər hədisə əsasən isə, Allahın Rəsulu (s.ə.s.) belə söyləmişdir: “Qiyamət günü Allahın gözündə ən aşağıda duranlar o kəslər olacaq ki, öz arvadları ilə yaxınlıq etdikdən sonra onun (arvadının) sirlərini kənar şəxslərə açıqlayıblar”.

Oral seks qadağandır yoxsa?

İslam dinində oral seksə münasibət birmənalı deyil. Qadağan olunmamış şeyi eləmək günah deyil prinsipi ilə yanaşsaq, oral seks günah sayılmır.
Bir çox ilahiyyatçılar oral seksin qadağan olunmamasında baxmayaraq, yerinə yetirilməsini məqsədə uyğun hesab etmirlər. Buna baxmayaraq, ər və arvad arasında oral seks aşağıdakı hallarda mümkündür:
-Hər iki tərəfin razılığı ilə. Bir tərəf etiraz etsə, bunu etmək olmaz.
-Oral seks yalnız stimulyasiya rolunu oynamalı və partnyorun ağzına heç bir maddə daxil olmamalıdır. Əgər partnyorun ağzına sperma və ya mədh daxil olarsa, hər 2 tərəf qüsl etməlidir.

Anal seks

İslamda birmənalı olaraq anal seksə qadağa qoyulub və bunu etmiş hər bir şəxs bağışlanmayacaq qədər böyük olan günaha batmış olur.
Ər-arvadın arasında cinsi əlaqənin sərhədi var. Quranda bildirilib ki, cinsi əlaqənin əsas məqsədlərindən biri nəslin davam etdirilməsidir və bu qadının cinsiyyət orqanından olmaq şərti ilə sərbəst buraxılıb. Bununla əlaqədar ayə aşağıdakı kimidir:
»Səndən qadınların heyz halını soruşurlar. De ki, o bir əziyyətdir. Heyz günlərində onları rahat buraxın. Təmizlənənə qədər onlara yaxınlaşmayın. Tərtəmiz olduqdan sonra onlara Allahın sizə buyurduğu yerdən yaxınlaşın. Allah tövbə edənləri sevər. Allah təmiz olanları da sevər”.
«Qadınlar sizin üçün bir tarladır. Tarlanıza istədiyiniz kimi gəlin və özünüz üçün ön hazırlıq görün. Allahdan çəkinin və ona qovuşacağınızı bilin. Bunu inananlara xəbər ver (iman edənləri bununla müjdələ)” (Bəqərə, 2/222).
Ayədəki tarla sözü məhsul götürülən yer deməkdir. Tərs yol ilə cinsi əlaqədən heç nə törəməz. Yəni, məhsul götürmək olmaz. Buna görə də ayə tərs cinsi əlaqəni qadağan edir. Bu ayələrə əsasən Allahın əmr etdiyi cinsi əlaqə normal yol ilə baş tutan əlaqədir.

Masturbasiya

Masturbasiya seksual ehtiyacların ödənilməməsindən yaranan bir aktdır və dinimizdə ona münasibət də birmənalı deyil.
Bəzi alimlər bunu zina olaraq qəbul edir və haram sayırlar. Digər alimlər isə masturbasiyanın müəyyən situasiyalarda icazə olduğunu qeyd edirlər. Bu situasiyalar aşağıdakılardır:
-Yad qadınla cinsi münasibətə girərək zina törətməkdən qorunmaq üçün masturbasiya edilirsə bu qəbul olunur. Lakin bu halda masturbasiya adətə çevrilməməli, seksual hisslərin dözülməz həddə çatdığı zamanda istifadə olunmalıdır.
-Kişinin ailə qurmağa imkanı yoxdursa. Bu zaman Peyğəmbərimiz (s.ə.s.) dua etməyi buyurmuşdur.

Abort İslam nöqteyi nəzərindən
Uşağın süni yolla salınması, yəni abort İslamda birmənalı olaraq haram hesab edilir. İstisna olaraq hamiləliyin ananın həyatına təhlükə törətməsi və ya qadının zorlanması nəticəsində hamiləliyin baş verməsini qeyd etmək lazımdır. Bu hallarda abort haram hesab edilmir.