İsmayıllı rayonunda 4,2 maqnitudada zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Zəlzələ yerli vaxtla saat 11:09-da İsmayıllı stansiyasından 6 km şimalda qeydə alınıb.
Zəlzələ epsentirdə 4 bala qədər hiss olunub.
Şəmkir rayonunda isə 4 maqnitudada zəlzələ olub
Bu gün yerli vaxtla saat 12:27 radələrində Şəmkirdə zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan bildirilib ki, yeraltı təkanlar Gədəbəy stansiyasından 37 km şimal-şərqdə, Şəmkir rayonunda zəlzələ qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.