İspaniyada isti hava 360 nəfərin ölümünə səbəb olub

0
94

İspaniyada ötən həftə isti hava 360 nəfərin həyatına son qoyub.

“Terefsiz.az”-ın xəbərinə görə, bu barədə III Karlos İnstitutu məlumat yayıb.

Qeyd olunur ki, cümə günü temperatur 45 dərəcə Selsini keçdiyi üçün 123 nəfər dünyasını dəyişib. Əlverişsiz havaya görə ölənlərin əksəriyyəti yaşlı və xəstədir.

Bəzi ərazilərində temperatur 45 dərəcə Selsini keçən Portuqaliyada da oxşar vəziyyət hökm sürür. Bu ölkədə 238 nəfər istidən ölüb.

terefsiz.az