İsrail hərbçiləri səhvən öz təyyarələrini vurdular

0
204

İsrail hərbçiləri səhvən öz mülki təyyarələrini vurublar.

Bu barədə TASS məlumat yayıb.

Terefsiz.az saytı xəbər verir ki, hadisə avqustun 21-də, çərşənbə günü Qolan yüksəkliyində baş verib. Hərbçilər Suriya istiqamətindən gələn uçuş aparatını real təhlükə hesab edərək, ona atəş açıblar. Yalnız təyyarənin İsrailə məxsus olduğunu anlayandan sonra atəş dayandırılıb. 

Təyyarə və orada xəsarət alanlar barədə geniş məlumat verilmir.

Terefsiz.az