İsrail Süleymaninin ölümündən sonra təhlükəsizlik tədbirlərinə başladı

0
142

İsrail Qasım Süleymaninin öldürülməsindən sonra bombalanmaq təhlükəsi səbəbi ilə xizək mərkəzini bağlayıb.

Terefsiz.az –ın xəbərinə görə, ABŞ rəhbərliyinin apardığı əməliyyatdan sonra İsrailin Müdafiə naziri ölkənin hərbi və təhlükəsizlik rəsmilərini Təl-Əvivə çağırıb.

İsrail hərbi sözçüsü Avichay Adraee “Twitter”də Suriya sərhədi yaxınlığındakı Qolan yüksəkliklərində yerləşən Hermon dağındakı xizək kurortunun raket hücumu ehtimalı səbəbindən bağlandığını yazıb.

Qeyd edək ki, Süleymaninin öldürülməsindən sonra İranın yüksək səviyyəli rəsmiləri İsrail və ABŞ-dan qisas alacağını vəd ediblər.