İsrail XİN rəhbəri sabah Azərbaycana səfər edəcək

0
66

İsrailin xarici işlər naziri Eli Kohen aprelin 18-də Azərbaycana səfər edəcək.

“Terefsiz.az” “Report”a istinadən xəbər verir ki,bu barədə “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak deyib.

Səfər çərçivəsində İsrail XİN başçısının aprelin 19-da Bakıda keçiriləcək Azərbaycan-İsrail Hökumətlərarası Birgə Komisiyasının növbəti iclasında iştirak edəcəyi, həmçinin ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcəyi gözlənilir.

Daha sonra E.Kohen aprelin 20-də İsrail səfirliyinin açılış mərasiminin keçiriləcəyi Türkmənistana səfər edəcək.

terefsiz.az