İsraildəki seçkilərdə Netanyahu da, rəqibi də özünü qalib elan etdi.
İsrailinn baş nazir Binyamin Netanyahu rəhbərlik etdiyi “Likud” partiyasının Knessetə keçirilən seçkilərdə qalib gəlməsi barədə açıqlama verib.
Terefsiz.az saytı xəbər verir ki, o, bu barədə “Twitter” səhifəsində məlumat yayıb.
Eyni zamanda “Kahol-Lavan” mərkəzçi blokunun lideri, İsrail Ordusunun sabiq Baş qərargah rəisi Beni Hans İsraildə Knessetə keçirilən seçkilərdə qalib gəldiyini bəyan edib.
Parlament seçkiləri ilə bağlı “exit-poll”un ilkin nəticələrinə əsaasən, İsrail Ordusunun sabiq Baş qərargah rəisi Beni Hans və sabiq jurnalist Yair Lapidin rəhbərlik etdiyi “Kahol-Lavan” mərkəzçi bloku Knessetdə daha çox yer qazanıb.
Terefsiz.az