İsrailin Baş naziri: “İsrail Qəzzada hərbi əməliyyatın bütün məqsədlərinə nail olub”

0
77

İsrailin Müdafiə Qüvvələri Qəzza zolağında hərbi əməliyyatın bütün məqsədlərinə nail olub. Hazırda bunu davam etdirməyin mənası yoxdur.

“Terefsiz.az” “The Times of Israel”ə istinadən xəbər verir ki, bunları İsrailin Baş naziri Yair Lapid cənub bələdiyyələrinin rəhbərləri ilə görüşündə deyib.

Onun sözlərinə görə, İsrail Qəzzada Fələstinin “İslami Cihad” qruplaşmasına qarşı üç günlük “Sübh” əməliyyatında məqsədinə nail olub.

Bş nazir həmçinin bildirib ki, hazırda əməliyyatı davam etdirməyin mənası yoxdur.

Xatırladaq ki, bu gün yerli vaxtla saat 20:00-da Qəzza zolağında atəşkəsin qüvvəyə minməsi barədə məlumat yayılıb.

Qeyd edilir ki, İsrail və Fələstin bu gün axşamdan etibarən atəşkəsin bərqərar olmasına dair Misirin təklifini qəbul ediblər. Tərəflər atəşin dayandırılması barədə razılığa gəliblər. Misir Prezidenti Əbdülfəttah əs-Sisinin xüsusi nümayəndəsi avqustun 6-7-də Təl-Əviv və Qəzzada danışıqlar aparıb. İsrail, həmçinin hazırda yanacaq böhranı ilə üzləşmiş Qəzzanın blokadasının yumşaldılması təklifi ilə razılaşıb.

terefsiz.az