İsrailin şəhərlərində yenidən hava hücumu siqnalları işə salınıb

0
94

Axşam saatlarında Tel-Əvivdə və İsrailin ən böyük beynəlxalq hava limanı Ben Qurionun yaxınlığında yerləşən qonşu Lod şəhərində hava hücumu siqnalları işə düşüb.

“Terefsiz.az”ın xəbərinə görə, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Qəzet qeyd edib ki, “İslami Cihad” qruplaşması yaraqlılarının cümə günündən etibarən Qəzza zolağından İsrailə atdığı raketlərin ümumi sayı 1 000-ə yaxınlaşır.

İsrailin Müdafiə Qüvvələri Fələstin anklavında “İslami Cihad” əleyhinə hərbi əməliyyat keçirir.

Xatırladaq ki, bu gün yerli vaxtla saat 20:00-da Qəzza zolağında atəşkəsin qüvvəyə minməsi barədə məlumat yayılıb.

Qeyd edilir ki, İsrail və Fələstin bu gün axşamdan etibarən atəşkəsin bərqərar olmasına dair Misirin təklifini qəbul ediblər. Tərəflər atəşin dayandırılması barədə razılığa gəliblər. Misir Prezidenti Əbdülfəttah əs-Sisinin xüsusi nümayəndəsi avqustun 6-7-də Tel-Əviv və Qəzzada danışıqlar aparıb. İsrail, həmçinin hazırda yanacaq böhranı ilə üzləşmiş Qəzzanın blokadasının yumşaldılması təklifi ilə razılaşıb.

terefsiz.az