” İstəyirəm birdən-birə, Mənim üçün darıxasan… ” Sairə Nəbizadeh

0
360

İstəyirəm birdən-birə
darıxasan mənim üçün.
Bu qəfil mənsizlik hissi
boğsun səni için-için.
Anidən, yolu keçəndə,
Lap oturub çay içəndə.
Birdən-birə düşüm yada.
Dönüm içində fəryada.

Sözlərim yadina düşsün,
Cingildəsin qulaqların.
Susub danışa bilməsin,
Sızıldasın dodaqların.

Baxıb sağına-soluna,
Yanındakı yad adama
Mənlə birgə itirdiyin
Doğmalığı axtarasan,
Öz əlinlə bitirdiyin
Xoşbəxtliyi arayasan.
Görəsən ki, o günləri,
Yaşadığın xoş anları
Bir anda silib unutmaq
Sən demə deyilmiş asan.

İstəyirəm birdən-birə
Bu gerçəyi anlayasan.
İçin-için bitirdiyin
Bu eşq üçün ağlayasan.

İstəyirəm birdən-birə
Mənim üçün darıxasan…

Saira Nəbizadeh