İstanbulda meşələrə giriş qadağan edilib

0
108

Türkiyənin İstanbul şəhərində baş verən yanğınlar səbəbindən meşələrə giriş qadağan edilib.

“Terefsiz.az” xəbər verir ki, bu barədə İstanbul Valisi Ali Yerlikaya məlumat verib.

Qeyd olunub ki, qadağa 5 iyul tarixindən 31 iyul tarixinədək qüvvədə olacaq.

Bununla belə İstanbul vilayəti hüdudlarında istirahət zonaları, təbiət parkları, bağlar, parklar və ekoturizm zonaları, idman, gəzintilərinə çıxmağa icazə verilir.

Lakin bu ərazilərdə kabab bişirmək, qaz balonundan istifadə etmək, qəlyan və hər cür od yandırmaq qəti qadağandır.

terefsiz.az