Türkiyənin şimal-qərb hissəsinə düşən güclü siklon 108 binanın damını uçurub, İstanbulda 128 ağac aşıb.
Terefsiz.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, təbii fəlakət barədə məlumat şəhər meriyası tərəfindən açıqlanıb.
“İki sutkadan artıq davam edən yağış və şiddətli külək nəqliyyatın hərəkətinə maneə törədib, qəzaların sayının artmasına səbəb olub. 61 obyektdə təxliyyə prosesi həyata keçirilib. 108 dam örtüyü uçub, üç dayaq divar çöküb, 128 ağac aşıb. Sakinlərdən xəsarət alan olmayıb”, – şəhər rəhbərliyinin yaydığı məlumatda qeyd olunur.
Hidrometeoroloqlar hava şəraitinin çərşənbə gününə kimi dəyişməyəcəyini proqnozlaşdırırlar.
istinad:oxu.az