Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində partlayış baş verib.Baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb.
“Terefsiz.az” yerli mətbuata istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Vitse-prezidenti Fuad Oktay deyib.
O, qeyd edib ki, terror aktını qadın törədib.
“Hücumçu bombanı partladan qadın olub. Nəticədə 6 nəfər ölüb, yaralıların sayı 81 nəfərə çatıb, yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir”, – Fuad Oktay bildirib.
Hadisə terror aktı kimi qiymətləndirilir.