İstanbuldan dönə bilməyən həmvətənlərimiz konsolluq önündə yığışıblar – Video

0
503

Bu gün 5 nəfər Azərbaycan vətəndaşından ibarət qrup ölkəmizin İstanbuldakı konsolluğunun önündə yığışaraq, Azərbaycana dönmək üçün yardım istəyiblər. Karantin və sosial təcrid elanından sonra Türkiyədə qalan həmvətənlərimiz kifayət qədər uzun zamandı ki ölkəmizə dönüş edə bilmir.

Terefsiz.az bildirir ki, artıq neçə gündü müraciət edilsə də, hələ də onların müraciətinə baxan olmayıb. Tezliklə pulları bitəcək və artıq kirayə qalmaq üçün vəsait ödəyə bilməyəcək həmvətənlərimiz küçələrdə gecələməli olduqlarını bildiriblər.

Bizim saytın vasitəsi ilə ölkə prezidentinə və aidiyyatı qurumlara yardım üçün yazan şəxslər, onları ölkəmizə dönməyə, yaxud da Türkiyədə qalmaq üçün hər hansı vasitələrlə kömək almağı istəyirlər.

Əlaqə nömrəsi:+990 552 621 92 42