İstefası qəbul edilməyən Soylu açıqlama verdi

0
107

Türkiyədə dünən axşam vəzifəsindən istefa verən və ərizəsi Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilməyən Daxili İşlər naziri Süleyman Soylu açıqlama verib.

Bununla bağlı “İhlas Haber Ajansı” məlumat yayıb.

Vəzifəsinin icrasını davam etdirən nazir “Allah bizi həm millətimizə, həm də hökumətə ümid edənlərə utandırmasın. Eyni qətiyyətlə davam etməliyik. Allaha əmanət olun” deyib.

Qeyd edək ki, S.Soylu Türkiyənin 30-dan çox şəhərində həftə sonu küçəyə çıxmaq qadağasının elan olunması və bundan sonra ölkədə yaranmış xaosla əlaqədar dünən axşam istefa verdiyini bildirmişdi.