İstiqamət dəyişir: Ordumuz Qarabağa doğru hərəkət edir?

0
148

İstiqamət dəyişir: Ordumuz Qarabağa doğru hərəkət edir?

“Hazırda prosesin gedişatı göstərir ki, Ermənistan təxribat törətməklə kifayətlənməyib, təcavüzkarlıq siyasətini Tovuz istiqamətində davam etdirir. Niyyətləri Tovuz istiqamətində sərhəddi yararaq hücum etmək, Ağstafa – Qazax istiqamətində tamamilə vəziyyəti ələ almaq, eyni zamanda Azərbaycanın neft və qaz magistral xətlərinə nəzarət etməkdir. Bütün bunların kökündə də vaxtilə reallaşdıra bilmədikləri Gəncəyə qədər torpaqları işğal etmək məqsədi dayanır”.

Azerforum.com xəbər verir ki, bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Fəzail Ağamalı cəbhədəki vəziyyət haqda danışarkən deyib. O, orudmuzun ermənilərin bu niyyətini həyata keçirməyə imkan verməyəcəyini bildirib:

“Hazırda o istiqamətdə ciddi döyüşlər gedir. Milli Ordumuz çox məharətlə düşmənin zərbələrinə qarşılıq verir, onlara ağır zərbələr endirir.

Düşünürəm ki, Azərbaycan cəmiyyəti, xalqı prezidentlə, ordumuzla bərabərdir. Bu bərabərliyi 4 şəhidimizi torpağa tapşırarkən bir daha göstərdik. Məhz bu bərabərlik düşmənə qarşı bizim əsas silahımızdır”.

Millət vəkili Azərbaycanın yaranmış vəziyyətdən istifadə edib, işğal altında olan torpaqları azad etməli olduğunu bildirib:

“Fikrimcə, biz yaranmış vəziyətdən istifadə edib, döyüşün ciddi və aktiv cinahını işğal olunmuş torpaqlarımız istiqamətinə – Qarabağa yönəltməliyik.

Məhz o istiqamətdən hücüm edərək, işğal altında olan torpaqlarımızı azad etməliyik. Təbii ki, eyni zamanda sərəd boyu mövqeylərimizi də gücləndirməliyik.

Hesab edirəm ki, ordumuzun bu gün kifayət qədər gücü və imkanları var. Biz bu gücdən və imkanlardan düzgün şəkildə istifadə etməliyik. Yəni, ermənilərlə bütün cəbhələrdə döyüşə girib, onları yerində oturtmalı, işğal olunmuş torpaqları azad etməliyik”.