İstirahəti Boris Consona baha başa gəldi – Barəsində araşdırma başlanılır

0
962

Böyük Britaniya parlamentinin Standartlar üzrə Komissiyası ölkənin Baş naziri Boris Consonun Yeni il tətilini Karib dənizindəki “milyonerlər adası”nda keçirməsi ilə bağlı ilkin araşdırma aparacaq.

TASS-ın məlumatına əsasən, bu barədə qərar leyboristlərin sorğusuna cavab olaraq Komissiyanın üzvü Ketrin Stoun tərəfindən qəbul edilib.

Qeyd edilir ki, leyborisləri Conson və onun sevgilisinin Müstik adasında məzuniyyətini məhz kimin ödədiyi maraqlandırıb.

Consonun özünün sözlərinə əsasən, o, pulu mühafizəkarların donoru Devid Rossadan alıb. Lakin Rossa cütlüyə pul vermədiyini, sadəcə onların istirahətini təşkil etdiyini bildirib.

Buna görə, müxalifət Consonun Britaniya vergi ödəyicilərinin hesabına istirahət etdiyini düşünür.

istinad:oxu.az