İsveçin Baş naziri Quranın yandırılmasını hörmətsizlik adlandırıb

0
76

İsveçin Baş naziri Ulf Kristersson Stokholmda Türkiyə səfirliyi yaxınlığında Quranın yandırılmasını hörmətsizlik adlandırıb.

“Terefsiz.az”ın “HaberGlobal”a istinadən məlumatına görə, Baş nazir müqəddəs qəbul edilən kitabların yandırılmasını böyük sayğısızlıq olduğunu bildirib.

Xatırladaq ki, yanvarın 21-də İsveç dövlət qurumları Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında etiraz aksiyası keçirilməsinə icazə verib. Aksiya zamanı Quran kitabı yandırılıb.

terefsiz.az