İsveçrə millisinin qapıçısı Yan Sommer tarixi nailiyyətə imza atıb.
“Terefsiz.az”ın məlumatına görə, 34 yaşlı qolkiper buna Çexiyanı 2:1 hesabı ilə məğlub etdikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyununda müvəffəq olub.
61-ci dəqiqədə penaltini dəf edən Sommer ardıcıl 5-ci dəfə bunu bacarıb. Hesablamada penaltilər seriyasına daxil edilən 11 metrlik zərbələr nəzərə alınmayıb.
Təcrübəli oyunçu 2020-ci ilin noyabrından penaltilərin qolla nəticələnməsinə icazə verməyib.