İtaliya Gürcüstanın Aİ-yə daxil olmasını dəstəkləyir

0
118

İtaliya Gürcüstanın Avropa İttifaqına (Aİ) daxil olmasını dəstəkləyir.

“TEREFSİZ.AZ” “Agenda” portalına istinadən xəbər verir ki, bu barədə İtaliya Prezidenti Sercio Mattarella gürcü həmkarı Salome Zurabişviliyə bildirib.

S.Mattarella hesab edir ki, Gürcüstanın “Avropa sivilizasiyasına” aid olduğunu nəzərə alsaq, onun Aİ-yə üzvlüklə bağlı müraciəti tamamilə məntiqlidir.

Dövlət başçıları Tbilisi və Romanın beynəlxalq siyasət məsələlərində “ümumi mövqeyə” malik olduğunu bildiriblər.

İtaliya Prezidenti isə bir çox sahələrdə, xüsusən də iqtisadiyyat və mədəniyyət sahələrində Gürcüstanla birgə addımlarından bəhs edib.

 

TEREFSİZ.AZ