İtaliyada evlər bir fincan qəhvə qiymətinə satılır.

0
307

İtaliyada evlər bir fincan qəhvə qiymətinə satılır.

Bu barədə Terefsiz.az saytı “The Sun”a istinadən xəbər verir.

Bildirilir ki, Mussomeli şəhərinin hakimiyyət orqanları satış üçün evlərin hər birinə 1 avro qiymət qoyublar. Bu pula Avropanın bəzi ölkələrində bir fincan qəhvə almaq olar. Bir avroya Siciliyanın cənubunda isə bütöv binanı almaqmümkündür.

“The Sun”ın məlumatına görə, satışa ümumilikdə 100 atılmış ev çıxarılıb. Gələcəkdə onların sayı artacaq. Lakin bu məsələdə bir “hiylə” var – əgər alıcı binanı 1 il ərzində təmir etməsə, o, zəmanət depozitini (təxminən 7 min avro -red) itirəcək.

Terefsiz.az