İtaliyanın Baş naziri Amazon meşələrində baş verən yanğınlardan narahatdır

0
197

İtaliyanın baş naziri Cuzeppe Konte, yanğınlar nəticəsində məhv edilən Amazon meşələrindəki vəziyyətdən narahat olduğunu söyləyib.

Terefsiz.az saytı xəbər verir ki, bu barədə siyasətçi özünün “Facebook” səhifəsində yazıb.

O, qeyd edib ki, “Böyük yeddiliy”in sammitində bu məsələ müzakirə mövzusu olacaq.

Qeyd edək ki, hazırda İtaliyada siyasi böhran yaşanır. Belə ki, Baş nazir koalisiyanın dağılması səbəbindən 20 avqust tarixində istefa verib.

“Dünyanın iqtisadiyyatına, ticarətinə, təhlükəsizliyinə, beynəlxalq siyasətinə, eləcə də iqlim dəyişikliyinə qarşı mübarizədə ciddi vəzifələrin həllinə ehtiyac var. Xüsusilə yanğınlar nəticəsində planetin yaşıl ağciyərləri – Amazon meşələrinin məhv olması bizi narahat edir”.

O, həmçinin İtaliyanın hazırda çətin bir siyasi dövr yaşadığını da xatırladıb:

“Lakin bu, dünya problemlərinin həlli axtarışında iştirak etməməyimiz anlamına gəlmir”.

Terefsiz.az