İtaliyanın Baş naziri: “Azərbaycanla mühüm sazişlər bağlamışıq”

0
147

“Müharibə başlayandan bu günə kimi bizim hökumət – bu hökumət Rusiya qazına alternativ tədarük mənbələri tapmaq üçün sürətlə hərəkətə keçdi. Əlcəzairdən tutmuş Azərbaycana qədər müxtəlif təchizatçı ölkələrlə mühüm sazişlər bağlamışıq və bərpa olunan enerji də daxil olmaqla yeni investisiyaları təşviq etmişik”.

“TEREFSİZ.AZ” xarici mətbuata istinadən xəbər verir ki, bunları İtaliyanın Baş naziri Mario Draqi deyib.

“Bu tədbirlər sayəsində gələn ilin əvvəlində Rusiya qazından asılılığımızı əhəmiyyətli dərəcədə azalda bilərdik”, – Baş nazir vurğulayıb.

“May ayında İtaliyada inflyasiya 7,3%-ə çatıb, lakin əsas inflyasiya – enerji və ərzaq istisna olmaqla – yarıdan azdır. Ümumi qiymət artımını cilovlamaq və vətəndaşların alıcılıq qabiliyyətini qorumaq üçün həm də onu da vurğulayıram ki, müdaxilə sahələri müxtəlifdir.

Hökumətlərin bunu etmək üçün vasitələri var. Bizim bir neçə aydır təklif etdiyimiz həll yolu Rusiya qazının qiymətinə yuxarı həddi tətbiq etməkdir ki, bu da Moskvaya maliyyə axınını azaltmağa imkan verəcək. Avropa Şurası Komissiyaya nəzarətin, qiymət tavanının tətbiqi imkanlarını araşdırmaq mandatı verib. Moskvanın tədarükləri azaltması fonunda bu tədbir daha da aktuallaşıb. Təchizatlar azalır, qiymətlər artır, Moskvanın yığımı əvvəlki kimi qalır, Avropa üçün çətinliklər kəskin şəkildə artır”, – Avropada son aylardakı artan inflyasiyanın səbəblərindən danışan Draqi qeyd edib.

TEREFSİZ.AZ