İtkin düşən şəxsin çürümüş meyiti tapıldı – Dörd aylıq axtarış

0
273

Fevralın 2-də Lerik rayonunun Tatonu kəndində qohumlarının evindən çıxdıqdan sonra itkin düşən Bakı şəhər sakini Abil İsmayılovun meyiti aşkarlanıb.

Bununla bağlı DİN mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 19-da A.İsmayılovun çürüməyə məruz qalmış meyiti Mistan kəndi ərazisində tapılıb.

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən meyitin yaxınlığında torbanın içərisində çəkisi 4 kiloqrama yaxın tiryək, 5,2 kiloqramdan artıq heroin və 1000 ədəd metadon həbi aşkar edilərək götürülüb.

Terefsiz.az