İtkin düşən alpinistlərimizin adı əbədiləşdirildi – Fotolar

0
262

2017-ci ildə Tufandağ istiqamətinə doğru yürüşdə itkin düşən alpinistlər Babur Hüseynov, Namin Bünyatzadə və Fəridə Cəbrayılzadənin xatirəsi əbədiləşdirilib.

Terefsiz.az xəbər verir ki, onları adı Mahmuddərə ərazisində qayaya verilib.

Bu barədə alpinist Babur Hüseynovun qohumu, jurnalist Cəlalə Nəzəroğlu sosial şəbəkədə yazıb.

Bildirilir ki, lövhədə “Gələnlər keçdi getdi, torpaq qaldı, daş qaldı” sözləri yazılıb.

Qeyd edək ki, alpinistlər 2017-ci ilin dekabr ayında qar uçqununa düşmüş, 2018-ci il mayın 18-də donmuş cəsədləri tapılmışdı.

İstinad: Axşam.az

Terefsiz.az