Fevralın 2-də Lerik rayonunun Tatonu kəndində qohumlarının evindən çıxdıqdan sonra itkin düşən Bakı şəhər sakini Abil İsmayılovun meyiti aşkarlanıb.
Bununla bağlı DİN mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, mayın 19-da A.İsmayılovun çürüməyə məruz qalmış meyiti Mistan kəndi ərazisində tapılıb.
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən meyitin yaxınlığında torbanın içərisində çəkisi 4 kiloqrama yaxın tiryək, 5,2 kiloqramdan artıq heroin və 1000 ədəd metadon həbi aşkar edilərək götürülüb.
Terefsiz.az