İkinci Qarabağ Müharibəsində itkin düşmüş kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun şəhid olduğu müəyyənləşib.
Terefsiz.az bildirir ki, Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun nəşi 7 aydan sonra Füzuli rayonu ərazisində aşkar edilib.
İtkin düşmüş hərbçilərimizin siyahısında Ə.Rəhmətov 19-cu idi.
Beləcə, İkinci Qarabağ Müharibəsində şəhid düşmüş hərbçilərimizin sayı 2898 nəfərə çatdı.
Şəhid zabitimiz 3 iyul 1989-cu ildə Lerikin Anbu kəndində anadan olub. Aprel döyüşlərinin iştirakçısı olan kapitan Rəhmətov, Tovuz döyüşlərində də ön xətdə olub. O, Vətən müharibəsində Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad olunması uğrunda döyüşüb. Oktyabrın 15-dən sonra isə zabitlə əlaqə saxlamaq mümkün olmayıb.