İzmirdə zəlzələdə ölənlərin sayı 17-yə, yaralıların sayı 709 nəfərə çatıb – FOTO

0
270

Türkiyənin qərbindəki İzmir vilayətində zəlzələ nəticəsində ölənlərin və yaralıların sayı artıb.

TEREFSİZ.AZ saytı xəbər verir ki, bu barədə yerli Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Qeyd edilir ki, zəlzələ nəticəsində ölənlərin sayı 17 nəfərə, xəsarət alanların sayı 709 nəfərə yüksəlib.

Xatırladaq ki, dünən Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ olub. Yeraltı təkanların ocağı 16,54 km dərinlikdə olub. Zəlzələ Bakı vaxtı ilə 15:54-də baş verib.


23:20

Türkiyənin qərbindəki İzmir vilayətində zəlzələ nəticəsində xəsarət alanların sayı 607 nəfərə çatıb.

TEREFSİZ.AZ saytı xəbər verir ki, bu barədə Fövqəladə Hallar üzrə İdarə məlumat yayıb.

Məlumata görə, təbii hadisə zamanı 12 nəfər həlak olub.

“Ölənlərin sayı əvvəlki kimi 12 nəfərdir. Yaralıların sayı 607 nəfərə yüksəlib. Xilasedicilər 17 binanın dağıntıları arasında işləyir”, – xəbərdə bildirilir.

Qeyd edək ki, Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ olub. Yeraltı təkanların ocağı 16,54 km dərinlikdə olub. Zəlzələ Bakı vaxtı ilə 15:54-də baş verib.


22:20

Türkiyənin qərbindəki İzmir vilayətində zəlzələ nəticəsində xəsarət alanların sayı 522 nəfərə çatıb.

Bu barədə Türkiyənin Ətraf mühit və Şəhərsalma naziri Murat Kurum bildirib.

“Son məlumatlara görə, zəlzələ zamanı 12 nəfər həlak olub, 522 nəfər xəsarət alıb. Dağılmış 17 binanın dağıntıları altında insanlar var, orada xilasedicilər işləyir”, – nazir jurnalistlərə bildirib.

Qeyd edək ki, Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ olub. Məlumata görə, yeraltı təkanların ocağı 16,54 km dərinlikdə olub. Zəlzələ Bakı vaxtı ilə 15:54-də baş verib.


22:15

Türkiyənin qərbindəki İzmir vilayətində zəlzələ nəticəsində azı 12 nəfər həlak olub, daha 438 nəfər xəsarət alıb.

TEREFSİZ.AZ saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan bildirib.

“Zəlzələ zamanı 12 vətəndaşımız həlak olub, 438 nəfər xəsarət alıb. Xilasedicilər dağılmış 17 binanın dağıntıları altında işləyirlər. Biz xilasetmə əməliyyatlarının bütün imkanlarından istifadə edirik”, – deyə dövlət başçısı xalqa müraciətində bildirib.

Qeyd edək ki, Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ olub. Məlumata görə, yeraltı təkanların ocağı 16,54 km dərinlikdə olub. Zəlzələ Bakı vaxtı ilə 15:54-də baş verib.


21:05

Türkiyənin qərbindəki İzmir vilayətində zəlzələ nəticəsində azı 12 nəfər həlak olub, daha 419 nəfər xəsarət alıb.


TEREFSİZ.AZ saytı xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Hallar üzrə İdarəsi məlumat yayıb.

“Ölənlərin sayı 12 nəfərə yüksəldi. 419 nəfər yaralanıb”, – idarənin xəbərində deyilir.


19:15

İzmirdə zəlzələ nəticəsində daha 2 nəfərin öldüyü məlum olub.

“CNN Türk”ə istinadən xəbər veririk ki, yeraltı təkandan həlak olanların sayı 6-ya yüksəlib.

Məlumata görə, yaralıların sayı isə 202-yə çatıb.


17:59

Türkiyənin İzmir əyalətində baş verən 6,6 bal gücündə zəlzələ nəticəsində 4 nəfər ölüb, 120 nəfər yaralanıb.

Məlumatı Türkiyə KİV-i yayıb.

Qeyd edək ki, Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ olub. Məlumata görə, yeraltı təkanın ocağı 16,54 km dərinlikdə olub. Zəlzələ Bakı vaxtı ilə 15:54-də baş verib.