İƏT təcili toplanır

0
117

Mayın 16-da İslam Əməkdaşlığı Təşkilatı ölkələri Xarici İşlər Nazirlikləri başçılarının növbədənkənar toplantısı keçiriləcək.

Terefsiz.az “Oxu.az”a istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-dən məlumat verilib.

Toplantı məhz Türkiyə tərəfinin təşəbbüsü ilə təşkil olunacaq.

İclas zamanı İsrail – Fələstin münaqişəsi və bölgədəki son vəziyyət müzakirə ediləcək.

Qeyd edək ki, son günlər ərzində tərəflər arasındakı qarşıdurma nəticəsində 10 israilli və 140-a yaxın fələstinli həlak olub.