Jeff Bezos 1.8 milyard dollar dəyərində Amazon səhmlərini satıb

0
213

  Terefsiz.az saytı xəbər verir ki, Amazon şirkətinin CEO-su Jeff Bezos 1.84 milyard dollar dəyərində 1 milyona yaxın şirkət səhmi satıb. Bezos daha əvvəllər də şirkət səhmlərini satırdı. Lakin bu yeni satış idiyənə kimi ən yüksəyi olub.

Bu barədə Forbes saytına istinadən Rusbase saytı xəbər verib.

Məlumata əsasən vergilərin ödənilməsindən sonra Bezos 1.4 milyard dollara sahib olacaq. O bu səhmləri 29-31 iyul tarixlərində satıb. Həmin vaxtda bir səhmin qiyməti 1900$ təşkil edirdi.

 Jeff Bezos artıq 2017-ci və 2018-ci illərdə şirkət səhmlərini satmışdı. Vaxtı ikən Bezos bildirmişdi ki, o, hər il şirkətin 1 milyard dollar dəyərində səhmlərini satacaq ki, özünün digər şirkəti olan Blue Origin-i maliyyələşdirsin.

Qeyd etmək lazımdır ki, bu ilin mart ayında Bezos Forbes reytinqində dünyanın ən varlı şəxsi adına layiq görülmüşdü. Həmin vaxtda onun sərvəti 131 milyard dollar dəyərində qiymətləndirilmişdi.

Aprel ayında isə Bezos öz həyat yoldaşı ilə ayrıldı və onun həyat yoldaşına ümumi Amazon şirkəti payının 25%-i keçdi. Bu isə 19.7 milyon səhm deməkdir. Buna baxmayaraq Bezos 110 milyard dollarlıq sərvət ilə dünyanın ən varlı şəxsi statusunu qoruyub saxlaya bilmişdi. Bu son səhm satışı nəticəsində Forbes-un qiymətləndirməsinə əsasən Bezos 115 milyard dollarlıq sərvətə sahibdir.

Terefsiz.az