Jirinovski NATO təyyarələrini vurmağı təklif etdi

0
169

Rusiya Dövlət Dumasında LDPR fraksiyasının rəhbəri Vladimir Jirinovski NATO qırıcısının hərbi nazir Sergey Şoyqunun uçduğu təyyarəyə yaxınlaşmasını şərh edib.

Terefsiz.az saytı “Qazeta.ru” – ya istinadən xəbər verir ki, siyasətçi Rusiya rəhbərliyinin təhlükəyə məruz qalmasını yolverilməz sayıb.

“Rusiya təyyarələrinə yaxınlaşdığı təqdirdə istənilən xarici hərbi təyyarəni vurmaq lazımdır”, – deyə, Jirinovski bildirib.

Onun sözlərinə görə, əgər bir təyyarəsi vurularsa, NATO bir daha belə addım atmaz.

Terefsiz.az