Jurnalist Cəmil Məmmədli barəsində başqa yerə getməmək qəti intizam tədbiri seçilib

0
80

Jurnalist Məmmədli Cəmil Qiyas oğlunun barəsində həbs növü olmayan, başqa yerə getməmək qəti intizam tədbiri seçilib.

“Terefsiz.az”ın xəbərinə görə, bu barədə mətbuatın sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov bildirib.

Xatırladaq ki, Məmmədli Cəmil ötən il dekabrın 15-də rayon sakini C.Ağabalayevlə münaqişə zamanı onun ünvanına nalayiq ifadələr işlədərək vətəndaşlar üzərində zor tətbiq etmək hədəsi ilə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ona əl və ayaqla xəsarətlər yetirib və onun anasının bədən nahiyəsinə zərbələr endirməklə xuliqanlıq əməli törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Cəmil Məmmədlinin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

terefsiz.az