Terefsiz.az saytı xəbər verir ki, ABŞ “Judicial Watch” hüquq-müdafiə təşkilatı Kaliforniya ştatının rəhbərliyinə qarşı iddia irəli sürüb. Bu iddia şirkətlərin Direktorlar Şurasına qadınların qəbulu ilə bağlıdır.
Bu barədə “Judicial Watch” saytında dərc olunmuş bəyanatda deyilir.
Bəyanat 2018-ci ilin sentyabr ayında həmin vaxt Kaliforniyanın qubernatoru olan Cerri Braun tərəfindən imzalanıb. Bəyanata əsasən, 2020-ci ilin əvvəlində göstərilmiş şirkətlərin Direktorlar şurasında ən azı bir qadın olmalıdır.
2021-ci ilin sonuna tələblər sərtləşir: şirkətdə beş direktor vəzifəsi olsa, onlardan ən azı ikisi qadın olmalıdır.
Bu cür vəzifələr altı və daha çoxdursa, ən azı üç vəzifə qadınlara verilir. Şərtlərə əməl etməyən şirkətlər ilkin olaraq 100 min dollar cərimə ödəyəcək, daha sonra isə məbləğ arta bilər.
“Judicial Watch” hesab edir ki, qanun şirkətlərdə “cinsi əlamətə görə kvotalar” tətbiq edir ki, bu da federal qanunlarla yanaşı, həm də ştatın qanunlarına ziddir.
Terefsiz.az