Kalın: “Ukrayna məsələsi Rusiya ilə Qərb arasında yeni soyuq müharibəyə səbəb olub”

0
71

“Ukrayna məsələsi Rusiya ilə Qərb arasında yeni soyuq müharibəyə səbəb olub”.

“Terefsiz.az” xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Al Jazeera” kanalına müsahibəsində bildirib.

“Bu müharibə başqa üsullarla davam etdiriləcək: simmetrik və ya hibrid müharibə. Ola bilsin ki, bu, geosiyasi mənzərə əsas tərəfləri birləşdirməyənə qədər davam edəcək”, – Kalın deyib.

Prezidentin sözçüsü qeyd edib ki, Türkiyə Rusiya və Ukrayna arasında danışıqların təşkili üçün səylərini davam etdirəcək.

“Müasir reallıqları nəzərə alsaq, bunun (danışıqların) dərhal baş verməsi ehtimalı azdır, lakin biz bunun mümkün olduğuna inanırıq və bunun üzərində işləməyə davam edəcəyik”, – Kalın vurğulayıb.

terefsiz.az