Kanadanın “Edmonton” klubunun xokkeyçisi Kolbi Keyv dünyasını dəyişib.
“Report”un məlumatına görə, bu barədə Milli Xokkey Liqası (NHL) təmsilçisinin rəsmi saytı xəbər yayıb.
26 yaşlı idmançının ölümünə intraserebral qanaxma (beyin qanaxması) səbəb olub.
Xokkeyçinin beynində qanaxma aprelin 6-da başlayıb və o, dərhal Torontodakı xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, idmançının həyatını xilas etmək olmayıb.
Qeyd edək ki, Kolbi Keyv 2018-ci ildən “Edmonton” klubunda çıxış edirdi.
istinad:report.az